Şəxsiyyət vəsiqəsi, habelə ümumvətəndaş pasportu alan Azərbaycan Respublikasının vətəndaşları (15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində və ya “ASAN xidmət” mərkəzlərində məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.