Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən təyin edilmiş, 1 nəfər maliyyə xidmətindən olmaqla, azı 3 nəfərdən ibarət komissiya tərəfindən ibtidai istintaq və ya təhqiqat dövründə təqsirkar şəxslərdən götürülmüş mallar, pul və ya digər qiymətlilər saxlanılan yerlərdə ildə 1 dəfədən az olmayaraq qəfləti yoxlamalar aparıla bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.

Yoxlama zamanı komissiya aşağıdakıları müəyyən edir:

– mal, pul və digər qiymətlilərin uçotu, saxlanması qaydalarının düzgünlüyünü;

– mal, pul və digər qiymətlilərin faktiki qalığının mədaxil və məxaric sənədləri əsasında uçot məlumatları ilə uyğunluğunu;

– mal, pul və digər qiymətlilərin vaxtında təyinatı üzrə göndərilməsinin və yaxud sahibinə qaytarılmasının düzgünlüyünü.