Risk iştahasına uyğun olaraq, risk limitləri bankın ölçüsünə, risk profilinə, fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi bank üzrə müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Müşahidə Şurasının təsdiq etdiyi risk limitləri daxilində İdarə Heyəti tərəfindən alt limitlər təsdiq edilir. Risk limitləri daim monitorinq edilir, mövcud bazar şərtlərinə və bankın strategiyasına uyğun olaraq dəyişdirilir.