Risklərin idarə edilməsi prosesində bankın biznes funksiyalarını həyata keçirən struktur bölmələri gündəlik fəaliyyətində öz səlahiyyəti daxilində riskləri idarə edir və aidiyyəti risk limitlərinə riayət olunmasını təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Risklərin idarə edilməsi prosesində bankın Riskləri İdarəetmə Komitəsinin, İdarə Heyətinin, baş risk inzibatçısının və daxili audit bölməsinin səlahiyyətləri bu Standartlarda müəyyən edilib.