Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, “Trabzonspor” futbol komandasının baş məşqçisi Nenad Byelitsa ilə yollar ayrılıb.

 

Bu barədə “Trabzonspor” klubu açıqlama yayıb.

Xorvatiyalı mütəxəssisin istefaya göndərilməsinə uğursuz nəticələr səbəb olub. Klubla baş məşqçi arasında 2025-ci ilin yayında başa çatmalı olan müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Artıq bu vəzifəyə əsas namizəd də bəllidir. Türkiyə mətbuatı komandanın sabiq baş məşqçisi Abdullah Avcının yenidən bu vəzifəyə qayıdacağını iddia edir.

Qeyd edək ki, cari mövsümdə Super Liqada 8 matça çıxan Trabzon təmsilçisi 4 qələbə qazanıb və eyni sayda məğlubiyyət alıb. 12 xala malik komanda hazırda 7-ci pillədə qərarlaşıb.