Anbara qəbul edilmiş məhdud istifadə müddətli və tez xarab olan ərzaq malları, ilkin qiymətlər müəyyən edildiyi vaxtdan 15 gün ərzində qiymətlərin yüksək olması və digər obyektiv səbəblərdən satılmazsa, onda həmin malların Dövlət Gömrük Komitəsinin nümayəndələrinin də daxil olduğu Qiymətləndirmə komissiyasının iştirakı ilə (müstəqil ekspertlərin cəlb edilməsi şərti ilə) yenidən qiymətləndirilməsi həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Götürülmüş malların saxlanması ilə bağlı çəkilən xərclər qanunvericiliklə nəzərdə tutulmuş qaydada tənzimlənir.