Aparılan yoxlamanın nəticələri müəyyən edilmiş qaydada ümumiləşdirilir və müvafiq qaydada akt tərtib edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.

Gömrük orqanlarının səlahiyyətli nümayəndələri onlar tərəfindən anbara və maliyyə xidmətinə təhvil verilmiş malların, pul və ya digər qiymətlilərin maddi məsul şəxs (anbar sahibi) tərəfindən tələb olunan səviyyədə saxlanılmasına vaxtaşırı nəzarət edirlər.