Risklərin idarə edilməsi prosesi bankda risklərin effektiv idarə edilməsi üçün lazımi prosedur və qiymətləndirmə metodologiyalarını əhatə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Bank fəaliyyətində yaranan risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi metodları bankın risk profilinin həcmi və mürəkkəbliyinə uyğun tətbiq edilir. Risklərin qiymətləndirilməsi prosesində ESİ amillərini ehtiva edən maliyyə və qeyri-maliyyə riskləri də nəzərə alınmalıdır.