Barmaq əkslərinin necə çıxarıldığı açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.
Barmaq əksləri aşağıdakı qaydalara ciddi riayət olunmaqla çıxarılır:
– barmaq əksləri daktiloskopik xəritədə (canlı skanerdə) göstərilən ardıcıllıqla əks etdirilməlidir;
– əksi çıxarılan barmağın hər tərəfi kağıza (canlı skanerə) eyni tərzdə sıxılmalı və yuvarlanmalıdır;
– baş barmaqdan başlayaraq bir-bir çevirməklə növbə ilə bütün barmaqların əksləri çıxarılır. Bu məqsədlə hər bir barmağın ucundakı buğumu (1-ci falanqa) və növbəti buğumun 3-4 mm hissəsi kağıza (canlı skanerə) sıxılaraq yuxarıda göstərilən qaydada barmaq əksləri çıxarılır;
– çıxarılan barmaq əkslərinin kvadratlarda düzgün yerləşdirildiyini yoxlamaq məqsədilə daktiloskopik xəritənin aşağı hissəsində sağ və sol əllərin barmaqlarının əlavə əksləri çıxarılır (nəzarət məqsədli əkslər).