Kağız formasında daxil olmuş və dövlət daktiloskopik qeydiyyatına götürülmüş daktiloskopik xəritədə olan məlumatlar mütəxəssis tərəfindən daxil edilərək, əl əkslərinin elektron surəti çıxarılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.
Hazırlanmış elektron formanın tələblərə uyğunluğu yoxlanıldıqdan sonra məlumat bankına daxil edilir. Daktiloskopik xəritənin skan edilmiş surəti elektron formada saxlanılır, kağız forması isə məhv edilir.