Neft boru kəmərlərinin sualtı keçidlərində təmir işləri sayı üç nəfərdən az olmayan dalğıc briqadası tərəfindən yerinə yetirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Dalğıc işlərinə başlamazdan əvvəl təmir işləri aparan təşkilatın müdiriyyətinin əmri ilə təyin edilir:

– dalğıc işlərinə rəhbərlik edən şəxs;

– dalğıc enmələrinə rəhbərlik edən şəxs;

– dalğıc briqadasının tərkibi;

– tibbi təminata cavabdeh şəxs;

– dalğıc enmələrini və işlərini təmin edən şəxslər.