Saxlanılmağa götürülmüş sənədli qiymətli kağızlar təhvil verən şəxsin iştirakı ilə zərfə qoyulub möhürlənir.

Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.

Götürülmüş sənədli qiymətli kağızların miqdarı çox olarsa onlar qutuya qoyularaq qablaşdırılır və möhürlənir. Zərfin və ya qutunun üzərində əşya sahibinin soyadı, adı, atasının adı, sənədin (qəbzin) nömrəsi və tarixi göstərilir. Zərfin və ya qutunun üzərində təhvil alan və təhvil verən şəxslər imza edirlər.