Astarlanma (qruntovka) və həlledici ilə işləyən zaman nələrin qadağan olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Astarlanma (qruntovka) və həlledici ilə işləyən zaman qadağandır:
– etilləşdirilmiş benzindən və benzoldan istifadə etmək;
– onları açıq taralarda saxlamaq və nəql etmək;
– doldurulmuş taraları yükləmə-boşaltma zamanı tullamaq, onların tıxaclarını burub çıxarmaq və qapaqları açmaq, qığılcım əmələ gətirən metal əşyalarla zərbə vurmaq;
– açıq alovdan 50 metrdən yaxın məsafədə onları qarışdırmaq və boşaltmaq.