Xidməti və ya diplomatik pasport alan Azərbaycan Respublikasının vətəndaşları (15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.
Eyni zamanda müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində tibbi müayinə müddətində ərazi polis orqanının əməkdaşı tərəfindən dövlət daktiloskopik qeydiyyatından keçirilir.