İdarəetmə və təşkilati struktur, habelə səlahiyyətlər bölgüsü bankın əməliyyatlarının xüsusiyyətinə, həcminə və mürəkkəbliyinə uyğun olmalı, maraqlar münaqişəsinə yol verməməli və bankın bütün əməkdaşları ilə kommunikasiya edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İdarə Heyəti Müşahidə Şurası tərəfindən təsdiqlənmiş strategiya və siyasətlərin effektiv icrasını təmin etməlidir.
Hər bir bank öz strateji baxışını müəyyən edir və onun əsasında strateji planlaşdırma dövrü üçün missiya bəyanatını hazırlayır. Strateji baxış və missiya bəyanatı Müşahidə Şurası tərəfindən təsdiq edilir və məlumat üçün səhmdarların ümumi yığıncağına təqdim edilir.