Bankın İdarə Heyəti maliyyə planlaşdırılması sistemini yaradır və illik büdcənin icra vəziyyətini təhlil edir, baş maliyyə inzibatçısının rəhbərliyi altında tərtib olunmuş bankın illik büdсəsinə razılıq verir və büdcə ilinin başlanmasından əvvəl səhmdarların ümumi yığıncağının və ya səlahiyyət verildiyi halda Müşahidə Şurasının təsdiqinə təqdim edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Həmçinin Bankın İdarə Heyəti risklərin idarə edilməsi siyasətinin həyata keçirilməsini təmin edir, bankın məruz qaldığı riskləri təhlil edir və aşkar edilən zəifliyin aradan qaldırılması üçün zəruri tədbirlər görür.