Kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda psixiatriya ekspertizasının rəyi elan edilib.
Ekspertizanın rəyinə görə, hadisə zamanı təqsirləndirilən Əfsanə Qalabəyli anlaqsız vəziyyətdə olub.
Qeyd edək ki, müdafiə tərəfi Ə.Qalıbəylinin cinayət törədərkən və sonrakı psixi vəziyyətini müəyyənləşdirmək üçün ekspertiza keçirilməsini istəmişdi.
Məhkəmə vəsatəti təmin edərək təqsirləndirilən şəxsin tibb müəssisəsinə yerləşdirilməsi, təkrar ekspertizadan keçirilməsi barədə qərar çıxarmışdı.
Eksperizanın cavabı çıxanadək məhkəmə istintaqı dayandırılmışdı.
Hadisə ötən ilin sentyabrında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
1987-ci il təvəllüdlü Ə.Qalabəyli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü N.Qalabəylini yaşadığı mənzildə bıçaqla qətlə yetirməkdə şübhəli bilinir.
Ə.Qalabəyliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
N.Qalabəyli “Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi işləyib.