Bankın fəaliyyətini və maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq ayrıca və konsolidasiya əsasında hazırlanır və illik maliyyə hesabatları kənar auditor tərəfindən təsdiq edilərək auditor rəyi ilə birlikdə Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş müddətdə açıqlanır.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

İllik maliyyə hesabatı və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları, qanunla müəyyən edilmiş qaydada auditor rəyi ilə birlikdə bankın internet səhifəsində dərc olunur. İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər.