Banklarda komitələrin tək sayda azı üç nəfər üzvü olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Komitələr Müşahidə Şurasının üzvlərindən (bankın səhmdarları istisna olmaqla) və müstəqil kənar üzvlərdən formalaşdırılır. Komitənin sədrləri və üzvləri Müşahidə Şurası tərəfindən təyin edilir. Kkomitənin sədrləri Müşahidə Şurasının üzvləri sırasından təyin edilir. Komitələrin ən azı 1 (bir) üzvü Müşahidə Şurasının müstəqil üzvüdür. Komitə üzvlərinin bilik, bacarıq və təcrübəsi komitənin fəaliyyətinə uyğun olmalıdır. Uyğunluq komitə üzvlərinin təyini zamanı Müşahidə Şurası tərəfindən nəzərə alınmalıdır.