İranda portretini çəkən iranlı rəssam Fatimeh Hamamini qucaqladığı üçün Kriştiano Ronaldo 99 şallaq cəzası ilə mühakimə olunur.
Heftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumata görə, Ronaldonun komandası “Əl Nəsr” Asiya Çempionlar Liqasında “Persepolis”lə qarşılaşmaq üçün Tehrana yollanıb. Ronaldonun komandası bu görüşdə 2:0 hesabı ilə qalib gəlib.
Oyundan sonra iranlı rəssam Hamami çəkdiyi portretləri Ronaldoya hədiyyə edib. Ronaldo Hamamiyə imzalı formasını hədiyyə edib və onu qucaqlayıb.
Bir çox iranlı hüquqşünas Ronaldonun qucaqlaşmasına görə onu şikayət edib. Çünki İran qanunlarında subay qadına toxunmağın cəzasının zina ilə bərabər olduğu və 99 şallaq zərbəsi tələb olunduğu qeyd olunub.
Qeyd olunur ki, Kriştianu Ronaldo peşman olduğunu və bir daha bunu etməyəcəyini bildirsə, 99 şallaq cəzası bağışlanacaq.