Poçt göndərişinin çatdırılması haqqında xəbərnamə (çatdırma haqqında xəbərnamə) – qeydiyyatlı poçt göndərişinin verilməsi barədə verilmə tarixi və alıcının soyadı (fiziki xəbərnamədə həm də alıcının imzası) göstərilməklə göndəriciyə və ya onun səlahiyyət verdiyi şəxsə kağız və ya elektron şəkildə məlumatın ötürülməsidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.

Poçt göndərişinin daxil olması haqqında bildiriş (daxil olma haqqında bildiriş) üzərində poçt göndərişinin növü və verilmə yeri göstərilməklə onun poçt obyektinə daxil olması barədə ünvan qutusu, abunə qutusu, elektron poçt və ya SMS vasitəsilə alıcıya çatdırılan məlumatdır.