Gələn il üçün seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 935 344,0 manat vəsait ayrılması proqnozlaşdırılır. Bu, 2023-cü illə müqayisədə 2,3 dəfə çoxdur. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 46 730 295,0 manat nəzərdə tutulub.
Qeyd edək ki, gələn il bələdiyyə seçkiləri keçiriləcək. Son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.