TƏBİB Sumqayıtda yeniyetmənin qripdən ölməsi məsələsinə münasibət bildirib.

TƏBİB-dən Heftelik.az-a verilən məlumata görə, 14 oktyabr 2023-cü tarixində saat 12:35 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

Qeyd edilib ki, təcili tibbi yardım briqadaları dərhal çağırış ünvanına yollanıb: “2008-ci il təvəllüdlü vətəndaşın həkiməqədər ölümü qeydə alınıb”.

Qeyd edək ki, Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan 2008-ci il təvəllüdlü Sadıqov İlqar Elyar oğlu bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.

Yaxınlarının bildirdiyinə görə, onun qripdən öldüyü ehtimal edilir. Belə ki, İlqar Sadıqov ötən gün qrip olub. Bu gün səhər saatlarında o yaşadığı evdə qəfil dünyasını dəyişib.