Ağqanadlıların (aleyrodidlərin) toplanmasına dair tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Ağqanadlıların (aleyrodidlərin) toplanması aşağıdakı tələblərə uyğun həyata keçirilir:
– Ağqanadlıların pupariləri yarpaqlarda aşkar edildikdə, yarpaqlar iki pambıq təbəqəsinin arasına qoyularaq, kağız zərfə və ya qutuya yerləşdirilir və laboratoriya ekspertizasına cəlb edilir. Ağqanadlıların növləri müstəsna olaraq puparilərin əlamətlərinə görə müəyyən edilir. Yetkin ağqanadlılar yalnız oturmuş vəziyyətdə olanları, sınaq şüşəsi ilə örtməklə toplanılmalıdır.
– Mənənələrin spirtə batırılmış nazik akvarel fırçasının köməyi ilə 70-80%-li spirt olan sınaq şüşələrinə toplamaq lazımdır. İlk növbədə böyük fərdlərin (qanadlı və qanadsız), eləcə də ən kiçik sürfələrin toplanılmalıdır.