“Azərbaycan Sənaye Bankı” 2023-cü ilin 9 ayı üzrə maliyyə hesabatlarını açıqlayıb.
Heftelik.az-ın məlumatna görə, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.8% azalaraq 3 milyon 480 min manat təşkil edib.
2022-ci ilin müvafiq dövründə bank 4 milyon 337 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 33.6% artaraq 24 milyon 447 min manat, faiz xərcləri isə 51.5% artaraq 12 milyon 441 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 8,3 milyon manata (illik müqayisədə 12.2% çox), qeyri-faiz xərcləri isə 15.8 milyon manata (illik müqayisədə 19.1% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 4 milyon 495 min manat əməliyyat mənfəəti əldə edib.
Cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 5.4% və ya 40.1 milyon manat azalaraq 707 milyon 507 min manata enib. Cari ilin ilk 9 ayında “Azərbaycan Sənaye Bankı”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 0.9% və ya 2.1 milyon manat artaraq 243 milyon 707 min manata çatıb.
Bu dövrdə “Azərbaycan Sənaye Bankı”nın cəmi öhdəlikləri 594 milyon 229 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 6.8% və ya 43.3 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 9 ayında 2.4% və ya 10.9 milyon manat azalaraq 438 milyon 776 min manata enib.
2023-cü il oktyabr ayının 1-nə “Azərbaycan Sənaye Bankı”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 2.9% və ya 3.2 milyon manat artaraq 113 milyon 278 min manat təşkil edib.