Kabel məmulatlarının, impuls xətlərinin üzərində onların markasını və təyinatını göstərən nişanlar olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Tətbiq olunan elektrik avtomatik mühafizə, siqnalizasiya, nəzarət-ölçü cihazları və avtomatik mühafizə sistemləri Tikinti norma və qaydaları 2.09.02-85 və DÜST 12.1.005-76 üzrə işçi zonaların yanğın-partlayış təhlükəlilik kateqoriyalarına uyğun olmalıdır.