Əmək şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”ndakı Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi əsasında doldurulmuş “ İş yerində əmək şəraitinin qiymətləndirilməsi cədvəl”i əsasında müəyyən olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”nda əksini tapıb.

İstehsal mühiti amillərinin faktiki vəziyyətinin göstəriciləri toplanmanın buraxıla bilən həddindən (TBH) və ya səviyyəsinin buraxıla bilən həddindən (SBH) aşağı və ya ona bərabərdirsə o zaman iş yerində əmək şəraitinin qiymətləndirilməsi cədvəlində müvafiq amillərin qarşısında ( qr.4) xətt “— “ qoyulur.