Kəpənəklərin pup qabıqları çox ehtiyatla – pup qabıqlarının ayrı-ayrı hissələri, xüsusilə də qarncığın son seqmentləri itirilməsin, həmçinin sonluqda yerləşən çox nazik tükcüklər, qarmaqlar və ya çıxıntılar qırılmadan toplanılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Kəpənəyin növü hissələrinin xarakteri, miqdarı və yerləşməsinə görə müəyyən edilir. Pup ilə birlikdə həmçinin pupun qarıncığının sonunda yerləşən tırtıl qabığını da götürmək lazımdır.