Qəbul bölməsində döşəmələr möhkəm, su keçirməyən, asan təmizlənən, yuyulan və dezinfeksiya ediləbilən olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Kəsim məntəqəsində tavan, döşəmə və divarlar möhkəm, tamlığı pozulmamış, yuyulması və təmizlənməsi asan, həmçinin çirk, nəm, kif və korroziyaya davamlı materiallardan hazırlanmalıdır. Kəsim məntəqəsində döşəmələr suya və aşınmaya qarşı davamlı, su yığımının qarşısını almaq məqsədilə kifayət qədər maili olmalı və sürüşmənin qarşısını alan materiallardan hazırlanmalıdır.