Kəsimin mərhələləri və kəsim və ilkin emal prosesinə dair baytarlıq-sanitariya normaları və qaydaları məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.

Kəsim məntəqələrində heyvan və ya quş kəsimi aşağıdakı mərhələlərdən ibarətdir:

– stress amilləri yaratmadan (heyvanların və ya quşların sıx yerləşdirilməsi, vurulması, döyülməsi, onlara işgəncə və ya əzab verilməsi kimi hallar olmadan) heyvanların və ya quşların hərəkətinin məhdudlaşdırılması və kəsilərək qansızlaşdırma prosesinin icra olunması;

– cəmdəyin tam şəkildə qansızlaşdırılmasını təmin etmək (qida və texniki emal üçün qanın toplanması) və heyvanların (donuz istisna olmaqla) dərisinin soyulması, quşların qaynar su ilə pörtlədilməsi və tüklərin təmizlənməsi, eləcə də dərinin təmizlənməsi (donuzlarda) məqsədi ilə texniki tədbirlərin həyata keçirilməsi;

– cəmdəyin qanla və ya digər kontaminantlarla çirklənməsinin qarşısının alınması məqsədi ilə texnoloji üsulların tətbiq edilməsi;

– içalatın və mədə-bağırsaq traktının çıxarılması, cəmdəyin hissələrə bölünməsi və doğranması;

– baytarlıq-sanitariya ekspertizasının nəticələrinə əsasən dövlət baytarlıq müfəttişi tərəfindən ekspertiza aktının verilməsi və ya cəmdək və ya onun hissələrində, həmçinin dəridə müvafiq baytarlıq nişanlamasının həyata keçirilməsi.