Tütün xammalından nümunə götürülməsinə dair tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Tütün xammalından nümunə götürülməsi aşağıdakı tələblərə uyğun həyata keçirilir:
– Tütün xammalında minimal nöqtəvi nümunə miqdarları 3 bağlama və yarpaq (dərzlər üçün), 50 yarpaq (əgər bağlanmışdırsa) və ya məhsulun 500 qramı təşkil edir.
– Nöqtəvi nümunələrin götürülməsi məhsulun qablaşdırmasından asılıdır: dərzlərdə hər 10 taydan 3 nöqtəvi nümunə, çəlləklərdə – hər 5 çəlləkdən 3 nöqtəvi nümunə, tarasız – hər 100 kq məhsuldan 3 nöqtəvi nümunə götürülür.
– Kütləsi 300-400 qram olan bir ovuc gövdə (saplaq) bir nöqtəvi nümunə təşkil edir. 10 nöqtəvi nümunə (bağlamanın hər 2 yan səthinin hər birindən 5 nümunə) götürülür.
-Kütləsi 5 tona qədər olan partiyalarda ən azı 2 bağlama, 5 tondan artıq olan partiyalarda isə ən azı 4 bağlama analiz olunur.