Magistral neft kəmərləri (MNK) obyektlərinin avtomatlaşdırılmasının hansı prosesləri təmin etməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
MNK obyektlərinin avtomatlaşdırılması aşağıdakı prosesləri təmin etməlidir:
– çənlər parkının, neftvurma stansiyalarının və neft kəmərlərinin xətti hissəsinin avadanlıqlarının avtomatik mühafizəsini;
– MNK-da təzyiqin avtomatik tənzimlənməsini;
– MNK-da istismar olunan avadanlıqların işləməsi haqqında məlumatın toplanmasını və təqdim edilməsini;
– MNK-nın avadanlıqlarına nəzarəti və idarə etməni operator otağından, yerli dispetçer məntəqəsindən, rayon dispetçer məntəqəsindən və ərazi dispetçer məntəqəsindən həyata keçirilməsini;
-digər avtomatika sistemləri ilə əlaqənin təmin edilməsini.