Paketlərin sayı 1000-dən çox olmayan partiyalarda paketləşdirilmiş (qablaşdırılmış) toxumlara baxış zamanı götürüləcək paketlərin miqdarının necə təyin olunduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Paketlərin sayı 1000-dən çox olmayan partiyalarda paketləşdirilmiş (qablaşdırılmış) toxumlara baxış zamanı götürüləcək paketlərin miqdarı aşağıdakı kimi olmalıdır:

 

Paketdə toxumun çəkisi, kqSeçilən paketlər (%), lakin 10 ədəddən az olmamaqla
0.1-ə qədər2.0
0.2-dən 0.5- qədər1.5
0.6-dan 1.0- qədər1.0
1.1-dən 3.0- qədər1.0
3.1-dən 10.0- qədər1.0

 

1000-dən çox paket olan partiyalardan hər növbəti miqdarın 0,5%-i qədər əlavə nümunə götürülür. Bu halda seçimə düşən hər bir paketin içərisindəki bütün toxumlar nöqtəvi nümunələr hesab olunur.