Qalaq halında daşınan və saxlanılan taxıl və taxıl məhsullarından nümunələrin götürülməsinə dair tələblərə açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Qalaq halında daşınan və saxlanılan taxıl və taxıl məhsullarından nümunələrin götürülməsi aşağıdakı tələblərə uyğun həyata keçirilir:

Vaqon və avtomobillərdə daşınan taxıl və taxıl məhsullarından və onların toxumlarından nöqtəvi nümunələrin götürülməsi bu Təlimata uyğun olaraq, aşağıdakı cədvəldə müəyyən edilmiş qaydada götürülür:

 

Partiyada olan vaqon, avtomaşınların sayı, ədədləNümunə götürülən vaqon, avtomobillərin sayı, ədədlə
5-ə qədərHər nəqliyyat vasitəsindən
6-dan 15-ə qədərHər üçüncü nəqliyyat vasitəsindən
15-dən çoxHər beşinci nəqliyyat vasitəsindən

 

– Gəmidə daşınan taxıl və taxıl məhsullarından və onların toxumlarından nöqtəvi nümunələrin götürülməsi zamanı, gəminin boşaldılmasından əvvəl xüsusi texniki avadanlıq və ya vasitələr ilə (mexaniki və yaxud silindrik nümunəgötürücülər, çalovlar, şuplar, sınaq şüşələri, kağız paketlər, zərflər və ya qutular və s.) nümunələr götürülür və hər bir anbardan götürülən nümunə ayrı-ayrılıqda analiz edilir. Bunun üçün anbarlardakı məhsulun səthi şərti olaraq sahələri təqribən hər biri 100 molan seksiyalara bölünür. Nümunələr 5 nöqtədən kütlələri 50-100 qram miqdarında olmaqla götürülür: seksiyaların künclərindən və mərkəzindən və bu nöqtələrdə 2 qatdan – üst səthdən 10 sm məsafədə və 1 m dərinlikdə.

– Götürülmüş nöqtəvi nümunələr kvadrat şəklində yayılır, daha sonra bir qaba yığılır və qarışdırılır. Bu cür qarışdırma üç dəfə həyata keçirilir. Bu yolla alınan ilkin nümunə dərhal dən ələklərindən keçirilərək analiz edilir və karantin tətbiq edilən zərərvericilərin və alaq toxumlarının mövcud olub-olmaması aydınlaşdırılır. Bundan sonra alınmış ilkin nümunə bir daha kvadrat şəklində düz təbəqə kimi yayılır və lövhələrin köməyi ilə diaqonal boyunca dörd üçbucağa bölünür. İki əks üçbucaqdan taxıl kənarlaşdırılır, qalan ikisindən isə bir yerə yığılır, göstərilmiş üsulla qarışdırılır və yenidən dörd üçbucağa bölünür. Bunlardan ikisi sonrakı bölməyə gedir, bu proses iki üçbucaqda orta nümunə üçün tələb olunan miqdar alınanadək davam edir.

– Taxılın və taxıl məhsullarının orta və alt qatlarına baxış boşaldılma zamanı həyata keçirilir.

– Nümunələr, izahat vərəqlərində və ya etiketlərində göstərilən təhlükəsizlik qaydalarına və şərtlərinə riayət edilməklə boşaltma çalovlarının və ya dən nasoslarının axınından götürülür.

– Boşaltma zamanı yükün hər 1000 tonundan kütləsi 7 kq-dan az olmayaraq ilkin nümunə götürülür.

– Nümunələr hərəkətdə olan materiallardan (taxıl və taxıl məhsulları) götürüldükdə nöqtəvi nümunələr xüsusi çalov və ya nümunəgötürücü vasitəsi ilə, axının sürətini nəzərə almaqla müəyyən intervallarla elə götürülməlidir ki, götürülən nümunənin ümumi kütləsi hər 5 ton məhsula 100 qramdan az olmasın.

– Toplama bunkerlərindən, quyulardan və elevatorlardan nümunələr mexaniki və yaxud silindrik nümunəgötürücülər və çalovlar vasitəsi ilə götürülür.

– Anbarlarda qalaq halında saxlanılan taxıl və ya taxıl məhsullarından nümunələr vaqon şupu və ya yaxud anbar şupu vasitəsi ilə götürülür. Bunun üçün qalağın səthi şərti olaraq sahəsi 20 molan seksiyalara bölünür. Qalağın hündürlüyü 1,5 m-ə qədər olduqda, hər seksiyada iki qatdan (üst və alt qatlardan 2 nümunə), 1,5 m-dən hündür olduqda isə 3 qatdan (üst, orta və aşağı qatlardan 3 nümunə). Bu zaman ilkin nümunənin kütləsi 2 kq-dan az olmamalıdır.