Müəssisədə çalışan işçilərin sanitar geyimi (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) olmalı və bu geyimdən yalnız müəssisə daxilində istifadə olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Müəssisədə işçilər tərəfindən şəxsi sanitariya normalarına riayət edilməli, o cümlədən sanitar geyimlər təmiz saxlanmalı və sahibkarlar tərəfindən geyimlərin yuyulması və təmizlənməsi üçün şərait yaradılmalıdır.