Etiketlərin üzərində qeydlər aydın şəkildə, ixtisarlar olmadan başa düşüləcək qaydada yazılmalı və aidiyyəti material barəsində bütün zəruri məlumatlar (nümunənin adı, məhsulun mənşəyi, məhsulun çəkisi, nəqliyyat vasitəsinin nömrəsi, nümunənin miqdarı, nümunənin götürülmə tarixi, təqdim edən regional bölmə, müfəttişin adı,soyadı, atasının adı, vəzifəsi və imzası) əks olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Toplanmış materialı etiketsiz saxlamaq yolverilməzdir.