Uyğun nümunə götürmə üsulunun seçimi zərərli orqanizmin rast gəlinməsi tezliyi və onun mal və ya partiyada paylanması, həmçinin, xüsusi baxış imkanları ilə əlaqəli əməliyyat parametrləri üzrə aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Müəyyən zərərli orqanizmin aşkarlanması ehtimalını artırmaq üçün, nümunə götürmə aparıldığı hallarda, müfəttişlər tərəfindən partiyanın sirayətlənmə ehtimalı daha çox olan hissəsini və ya hissələrini müəyyən edilərək, məqsədli nümunə götürmə üsullarından istifadə edilməlidir.