Yük bir ölkədən digərinə daşınan və fitosanitar sertifikatla müşayiət olunan bitki, bitkiçilik məhsulları və (və ya) digər materialların (əkin və səpin materialları – toxum, ting, şitil və s.) hər hansı miqdarıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Yüklər bir və ya çox mallardan və ya partiyalardan ibarət ola bilər.
Baxış bitki, bitkiçilik və digər məhsullarda zərərli orqanizmlərin mövcudluğunu aşkar etmək və ya onların fitosanitar nəzarəti haqqında qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaq üçün səlahiyyətli orqan tərəfindən aparılan vizual (gözlə və ya aparatlarla görülə bilən) yoxlama tədbiridir.