Kəsim məntəqələrinə digər rayon və şəhərlərdən nəql edilən heyvanların və ya quşların yorğunluq və stress amillərini aradan qaldırmaq üçün heyvanlara ən az 1 saat, quşlara isə ən az 30 dəqiqə vaxt ərzində dinclik verilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Digər rayon və şəhərlərdən kəsim məntəqələrinə nəql olunmuş heyvanların və ya quşların içməli su ilə təmin olunmasına diqqət yetirilməli və kəsimə 2-3 saat qalanadək su ilə təmin edilməlidir.