İstehsalat mühiti amillərinin zərərliyi və işin ağırlığı dərəcələri bal üsulu ilə qüvvədə olan “Əməyin Gigiyenik Təsnifatı”nda göstərilən meyarlar üzrə təyin olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”nda əksini tapıb.

İş yerində istehsal mühiti amillərinin faktiki vəziyyətinin göstəriciləri toplanmanın buraxıla bilən həddi (TBH) və istehsal mühiti amillərinin faktiki vəziyyətininsəviyyəsinin buraxıla bilən həddinin (SBH)artması əməyin mühafizəsi qaydalarının və normalarının pozulması hesab olunur, bu halda Dövlət Əmək Müfəttişlərinin və əməyin mühafizəsi üzrə əmək kollektivinin müvəkkil etdiyi şəxslərin, həmkarlar ittifaqları təşkilatlarının nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətlərindən istifadəsi istisna edilmir.