Kəsim məntəqəsində drenaj sistemi zərərvericilərin, pis qoxu və çirkab suların kanalizasiyadan geriyə doğru hərəkətini məhdudlaşdıracaq şəkildə qurulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.

Kəsim məntəqəsində pəncərələr və qapılar zərərvericilərin məntəqəyə girişinin qarşısını almaq məqsədilə asan təmizlənən və dezinfeksiya ediləbilən torlarla təchiz edilməlidir.