Söhbətin nəticəsinə görə ən çox 25 bal toplamaq mümkündür, ən azı 16 bal toplamış namizəd söhbət mərhələsini müvəffəqiyyətlə keçmiş hesab olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda əksini tapıb.

Komissiya üzvləri arasında söhbətlə bağlı fikir mübadiləsi keçirilə bilər.

Söhbətin gedişi protokolla rəsmiləşdirilir. Protokolda namizədə verilmiş bütün suallar, onların cavabları və qiymətləndirilməsi qeyd edilir.