Konteynerlərlə daşınan məhsuldan nümunələrin götürülməsinə dair tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Konteynerlərlə daşınan məhsuldan nümunələrin götürülməsi aşağıdakı tələblərə uyğun həyata keçirilir:
Eyni bir ölkədən konteynerdə daxil olan eyni adlı yükdən nümunələr aşağıdakı qaydada götürülür:
Partiyada olan konteynerlərin sayı, ədədlə | Nümunə götürülməsi üçün seçilən konteynerlərin sayı |
1-2 | 1 |
5-ə qədər | 2 |
10-a qədər | 4 |
20-yə qədər | 5 |
20-dən çox | 5 və hər sonrakı 10 konteyner üçün 1 əlavə |
– Nümunə götürülməsi üçün seçilən konteynerlərin hər birindən 5 bağlama vahidi götürülür və ekspertiza üçün göndərilir;
– Bir və ya bir neçə konteynerə müxtəlif növ məhsullar (bitkilər) daxil olduqda hər məhsul növü ayrıca partiya hesab olunur. Bu halda, hər partiyadan ən azı 3 bağlama vahidi götürülməli və açılmalıdır.