Müəssisədə sanitariya normaları və qaydaları ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsini, həmçinin iş prosesləri müddətində işçi heyətin, avadanlıqların o cümlədən ətraf mühitin biotəhlükəsizlik tələbləri çərçivəsində mühafizəsini təmin etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.

Müəssisədə mütəmadi olaraq müvafiq yuyucu vasitələrdən istifadə edilməklə təmizlik işləri həyata keçirilməlidir.