Nümunə ölçüsü yoxlanılan və ya təhlil edilən partiyadan və ya yükdən götürülmüş vahidlərin miqdarıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Götürülən nümunələr üzrə yükün fitosanitar vəziyyətinin qiymətləndirilməsi və aparılan ekspertizanın nəticələri müvafiq məhsul partiyasına şamil edilir.