Avropa Parlamentinin Prezidenti Roberta Metsolanın da bildirdiyi kimi, bu ay Azərbaycan tərəfi ilə Brüsseldə görüşmək barədə razılığa gəlmişik.
Heftelik.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışında bildirib.
“Artıq qeyd etdiyim prinsiplər bu görüşdə təsdiqlənərsə, o zaman Azərbaycan və Ermənistan arasında sülh və normallaşma ilə bağlı müqavilənin bu ilin sonunadək imzalanması yüksək dərəcədə realdır”, – o əlavə edib.