Şimşəkdən (ildırımdan) mühafizə qurğularının istismarı zamanı cari və qabaqlayıcı təmirlə bərabər hansı məqsədlərlə vaxtaşırı baxış (təftiş) keçirildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Şimşəkdən (ildırımdan) mühafizə qurğularının istismarı zamanı cari və qabaqlayıcı təmirlə bərabər aşağıdakı məqsədlərlə vaxtaşırı baxış (təftiş) keçirilir:

-cərəyandaşıyıcı elementlər arasındakı elektrik əlaqəsinin etibarlılığının yoxlanılması (qaynaq, bolt və başqa birləşmə yerləri);

-şimşəkdən mühafizə qurğularının mexaniki zədə nəticəsində dəyişdirilməsi və ya gücləndirilməsi tələb olunan elementlərinin aşkar edilməsi;

-şimşəkdən mühafizə qurğularının ayrı-ayrı elementlərinin korroziyaya uğrama səviyyəsinin təyin edilməsi, antikorroziya mühafizəsinin və korroziyaya uğramış elementlərin gücləndirilməsi tədbirlərini görmək;

-şimşəkdən mühafizə qurğularının binaya və ya qurğuya (texnoloji prosesin, bina və tikililərin konstruksiya planlaşmasının xüsusiyətlərinin dəyişdirilməsi və s.) uyğunluğunun yoxlanılması.