Sumqayıtda valideyin nəzarətindən kənarda qalaraq batareya udan azyaşlı ölüb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, 2022-ci il təvəllüdlü Qədirova Məryəm Qafur qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Valideynlər onu əvvəlcə Sumqayıt Hospitalına aparsalar da, sonradan vəziyyətin ağırlaşdığını gördükdə, dərhal travmotologiya şöbəsinə yerləşdiriblər. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, azyaşlı bu gün səhər müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.