Təhqiqatçının vəzifələri sırasına zərurət olduqda Cinayət-Prosessual Məcəllənin 154—156, 160, 165—172-ci maddələrinin tələblərinə müvafiq olaraq şübhəli şəxs haqqında qətimkan tədbirinin seçilməsini təmin etmək və qanuni əsaslar olmadan və ya Cinayət-Prosessual Məcəllənin 148.4, 148.6, 148.7, 150.3 və 151.5-ci maddələrində nəzərdə tutulmuş müddətlərdən artıq tutulan şəxsi azad etmək daxildir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.