Təhqiqatçının məhkəmənin müstəsna səlahiyyətlərinə aid olanlar istisna edilməklə, qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğv edilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması barədə qərarlar qəbul etmək  hüququ var.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul etmək və təsdiq olunması üçün prokurora təqdim etmək də təhqiqatçının hüquqlarına daxildir.